"İmişli RİHB-nin I müavini Səfa Ağayevə, hüquq şöbəsinin müdiri Rahim Zahidovdan Heydər Əliyevin heykəlinin qarşısında şikayət etdim, lakin...

Gündəm / Bölgə

141

"İmişli RİHB-nin I müavini Səfa Ağayevə, hüquq şöbəsinin müdiri Rahim Zahidovdan Heydər Əliyevin heykəlinin qarşısında şikayət etdim, lakin... "Narkoman satıcının ətrafındakılar da, içki və narkotik aludəçiləridir. Gün boyu sərxoş vəziyyətdə olan bu şəxslər hər kəslə istədikləri kimi davranırlar. Etiraz edənlərə isə Rahim Zahidovun oğlu hədə-qorxu gəlir."

Ötən gün İmişli şəhər, Həzi Aslanov küçəsi ev 87-də yaşayan, kiçik sahibkarlıqla məşğul olan Akif Abdulla Conflict.az-a telefon açaraq rayon İcra Hakimiyyəti Aparatının hüquq şöbəsinin müdiri Rahim Zahidovun və oğlunun, ona, eyni zamanda ailə üzvlərinə yaratdığı problemlərlə bağlı məlumat verdi. Akif Abdulla bildirdi ki:
- Mən kiçik sahibkaram. Böyük ailə təsərrüfatım var. Özüm və övladlarım ali təhsilliyik. Lakin ailədə bir nəfər belə rəsmi dövlət strukturunda və ya özəl müəssisədə işləmir. Yeganə gəlir mənbəyimiz rayonun Xanhüseyn Bəylərov küçəsində yerləşən kiçik həcmli dükandır. Lakin yay fəsli başlayandan İmişli rayon İcra Hakimiyyəti Aparatının hüquq şöbəsnin müdiri Rahim Zahidov və oğlu bizə işləməyə imkan vermirlər. Rahim Zahidova məxsus Xanhüseyn Bəylərov adına küçədə yerləşən pivəxananı onun oğlu, ruhu xəstə və narkoman olan rayon sakinininə işlətmək üçün verib. Nəzərinizə çatdırım ki, həmin şəxs heç bir icazəsi olmadan stoları səkiyə düzüb, kimsədən qorxmadan ticarətini burada edir. Lakin bu vəziyyət rayon sakinlərini, o cümlədən də məni olduqca narahat edir. Çünki həmin narkoman satıcının ətrafındakılar da, içki və narkotik aludəçiləridir. Gün boyu sərxoş vəziyyətdə olan bu şəxslər hər kəslə istədikləri kimi davranırlar. Etiraz edənlərə isə Rahim Zahidovun oğlu hədə-qorxu gəlir. Onu da bildirdim ki, İmişli rayon İcra Hakimiyyəti Aparatının hüquq şöbəsinin müdiri olan Rahim Zahidovun pivəxanası rayonda ən təhlükəsiz məkan olduğu üçün spirtli içki və narkotik aludəçiləri daim orada olurlar. Çünki polis və digər hüquq-mühafzə orqanları bu obyektə toxunmaq iqtidarında deyillər. İmişli rayon İcra Hakimiyyəti Aparatının hüquq şöbəsinin müdiri Rahim Zahidov rayonun, bəlkə də respublikanın ən varlı adamlarındandır. O, çoxsaylı mülklərə, eyni zamanda İmişli Qaz idarəsinin yanından başlayaraq uzanan 35 hektarlıq sahəsi olan qum-çınqıl karxansına sahibdir. Məhz bu amildə ona rayonda daha güclü olmaq imkanı yaradır.
"İmişli RİHB-nin I müavini Səfa Ağayevə, hüquq şöbəsinin müdiri Rahim Zahidovdan Heydər Əliyevin heykəlinin qarşısında şikayət etdim, lakin... Cari iln may ayının 8-də mərhum Prezident Heydər Əliyevin doğum günü ilə bağlı rayonda təşkil edilən tədbir zamanı, İmişli rayon İcra Hakimiyyəti başçısının I müavini, Yeni Azərbaycan Partiyası rayon şöbəsinin sədri Səfa Ağayevə, "Heydər Əliyev muzeyi"ndə, Heydər Əliyevin heykəlin qarşısında, Rahim Zahidovun iştirakı ilə etirazımı bildirdim. Səfa Ağayevin nəzərinə çatdırdım ki, Aparatının hüquq şöbəsinin müdiri Rahim Zahidov ya dövlət işi ilə məşğul olsun, ya da istefa verib aktiv biznes fəaliyyətini davam etdirsin. Səfa Ağayev məndən ona söylədiyim məsələnin əsli ilə bağlı sorğu-sual etdi. Mən Rahim Zahidovun və onun oğlunun aylardır ki, başıma açdıqları oyunlarla bağlı I müavinə ətraflı məlumat verdim. O mənə narahat olmamağı, ən qısa zamanda hər şeyin öz normal məcrasına düşəcəyini bildirdi. Və mən Səfa Ağayevdən başqa, İmişli rayon polis şöbəsinin rəis əvəzi İlqar Süleymanova da ətraflı məlumat verdim. O da mənə hər şeyin qısa zamanda həll olunacağını bildirdi. Lakin bu günə qədər bir nəfər belə həmin pivəxanaya yaxınlaşmağa cəsarət etməyib.
Bir neçə gün bundan öncə Rahim Zahidovun pivəxanasının qarşısına toplaşan həmin spirtli içki və narkotika aludəçilərindən biri gecə saatlarında mənə məxsus dükanda işləyən oğluma onun üçün siqaret gətirməyi əmr edir. Sözsüz ki, oğlumda onun bu amiranə tələbinə etriaz edir və bildirir ki, siqaret əldə satılmır, dükanda satılır. Sərxoş vəziyyətdə olan həmin şəxs oğluma hücum edərək, onu ölümlə təhdid edir. Mən bilirəm ki, bu cür hadisələr məqsədli şəkildə Rahim Zahidov və onu oğlu tərəfindən hazırlanmış plandır. Hadisə ilə bağlı polisə və prokurorluğa rəsmi şəkildə ərizə ilə müraciət etsəm də, məsələni bu günə qədər bir nəfər belə araşdırmır. Əslində araşdırmağa cürət etmirlər. Çünki ortada Rahim Zahidov faktoru var.
Onu da qeyd edim ki, şəxsi mənbələrim vasitəsilə əldə etdiyim məlumata görə vergilər ərazi idarəsinə Rahim Zahidov öz himayədarları vasitəsilə təzyiq edir. Həmin quruma rəsmi müraciət daxil olmasa da, lakin telefon vasitəslə daha yuxarı instansiyadan mənə məxsus dükanda yoxlama aparmaq üçün göstəriş gəlib. Məlumat verən şəxs bildirdi ki, yoxlama məqsədli təşkil olunacaq və ən xırda detallar belə ciddi fakt kimi qiymətləndiriləcək.
Üç oğlum və mən heç bir yerdə işləmirik. Yeganə gəlir mənbəyimiz kiçik həcmli bu dükandır. Orada da Rahim zahidov işləməyə imkan vermir. Etiraz etdikdə isə oğlu mənə telefon açaraq hədə-horxu gəlir, məni ölümlə təhdid edir. Xahiş edirəm müvafiq dövlət orqanları bu məsələyə təcili reaksiya versinlər. Əks halda Rahim Zahidovun və oğlunun törədəcəyi hadisə ciddi nəticələrə səbəb olacaq.

Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az