Dövlət vəzifəsindən şəxsi mənafeyi üçün istifadə edən məmur – ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova

Gündəm / Cəmiyyət

67

Dövlət vəzifəsindən şəxsi mənafeyi üçün istifadə edən məmur – ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaDövlət vəzifələri etibar edilmiş şəxslərə verilməlidir.

Çünki istənilən dövlət vəzifəsi naşı və ya məqsədli insanlara verilərsə, o halda dövlətin təməli sarsılar. Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın fəaliyyəti isə naşı deyil, sadəcə məqsədlidir. Mətbuatdan dövlət vəzifəsinə transfer olunan bu xanım bir zamanlar özünü mətbuatın dostu kimi təqdim etməyi bacarmışdı. Lakin hadisələr bunu göstərir ki, həmin təqdimatın özü belə məqsədli imiş. Belə ki, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ölkə boyu təbiətə qənim kəsilmiş şəbəkənin gizli himayədarına çevrilib deməyə əsas verən fəaliyyətidir. Xatırladaq ki, ölkədə, ən başlıcası isə paytaxtda baş verən yaşıl soyqırımın arxasından İradə İbrahimova əlil, şəhid ailəsi və ya təqaüdçü çıxarır. İstənilən yaşıl soyqırımla bağlı atılan hər hansı bir məsələdə İradə İbrahimovanın cavabı şablon olur: Nazirlik məsələ ilə bağlı aparşırma aprır. Əgər qanunvericiliyin tələbi pozularsa sahibkar mütləq cərimələnəcək.
Lakin unutmayaq ki, Ekologiya şou-biznes deyil İradə İbrahimova, dövlətin təməl prinsiplərindəndir. Muxtar Babayevin nazir təyinatından sonra sanki İradə İbrahimovada məmurlaşma xəstəliyi yarandı. Aylardır ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin bəzi əmkdaşlarının ölkənin müxtəlif bölgələrində, əsasən də paytaxt Bakıda işbazların yaşıl soyqırımına göz yummaları ilə bağlı məlumatların tutarlı faktlarla dərcinə nazirlyin aidiyatı strukturu sükutla cavab verir. Xatırladaq ki, paytaxtın Nəsimi, Nizami, Xətai, Sabunçu və daha bir neçə rayonlarında bu cür yaşıl soyqırımlar foto və video görüntülərlə tam təsdiq edilib. Oxucuların nəzərinə onu da çatdıraq ki, sabiq nazir Hüseynqulu Bağırovun zamanında bu tip məsələlərə nəinki anındaca reaksiya verilirdi, hətta səbəbkarlar qanuna müvafiq olaraq cəzalandırılırdılar. Həmin tətbiq edilmiş cəzamın reallaşdırılmasınında maddi sənətləri mediaya təqdim edilirdi. Təəssüflə qeyd edək ki, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sabiq nazirin dönəmində ən aktiv MX rəhbərləri sırasında ön cərgədə olsa da, lakin Muxtar Babayevin nazir təyinatından sonra sanki nazirliyin bu qurumu yoxdur. İ.İbrahimova son aylar ona ünvanlana sorğulara ya cavab vermir, ya da illərdir ki “əzizlədiyi” mətbuat vasitəsilə cavab verir. Onu da qeyd edək ki, xanım İbrahimovanın yeni nazirin dönəmindəki cavbaları o qədər qeyri–müəyyən, qeyri–səlisdir ki, bu bizə şou–biznes nümayəndələrinin kamera qarşısındakı çıxılmaz vəziyyətdən öz aləmlərində çıxış yollarını tapmalarını xatırladır. Hörmətl İradə İbrahimovanın nəzərinə bir daha çatdırmaq istəyirik ki, ekologiya sahəsi dövlətin təməl prinsiplərindəndir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev deyirdi ki, bir budağı kəsən sanki mənim qolumu kəsir. Görəsən İradə ibrahimova Ulu Öndərin bu kəlamını eşitməyibmi? Əgər eşidibsə bəs nədən təbiətə bu qədər laqeyidlik nümayiş etdirir? Axı onun da yaxşı bildiyi kimi paytaxt Bakıda bir ağacın əkilib becərilməsi üçün illər lazımdır. Çünki bu ərazi yaşıllıqların salınması üçün o qədər də münbit məkan deyil. Elə isə nədən azad, məqsədsiz mətbuatın təqdim etdiyi faktlara İradə İbrahimova göz yumur? Lakin məsələ bununla da bitmir. İradə İbrahimova özünə yaxın hesab etdiyi, eyiblərini gizlətməklə bağlı öhdəlik götürmüş saytların rəhbərləri üçün ayda bir neçə dəfə dövlət vəsaiti hesabına turlar təşkil edir. Görəsən həmin saytlar müstəqil mətbuatın təqdim etdikləri faktları dərc etmək cəsarətindədirlərmi? Düşünmürəm. Bəs belə olan təqdirdə görəsən nə üçün müharibə şəraitində olan ölkənin dövlət büdcəsi bu qədər lüzumsuz məsələlərə xərclənir? Çünki iradə İbrahimova belə istəyir?
(BakuNews.az)

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az