BOMBALI HÜCUM: 12 ölü, 35 yaralı

Gündəm / Dünya

54

BOMBALI HÜCUM: 12 ölü, 35 yaralıPakistanda Avami Milli Partiyasının mitinqi əsnasında kamikadze hücumu qeydə alınıb.

Hücum zamanı millət vəkilliyinə namizədlər də daxil olmaqla, 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hadisə Peşəvərin Yakatoot bölgəsində meydana gəlib. Əldə edilən məlumata görə, AMP-nin millət vəkilliyinə namziədi Harun Billurun mitinqi zamanı ona qarşı sui-qəsd təşkil edilib. Namizəd ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.

Conflict.az