IBRAHIM MEHDIYEVDƏN QALMA «ELIT CITY» YASAMALDA YAŞILLIQLARI MƏHV EDIR- ETSN-IN RAZILIĞI ILƏ :VİDEO

Gündəm / Video

59

IBRAHIM MEHDIYEVDƏN QALMA «ELIT CITY» YASAMALDA YAŞILLIQLARI MƏHV EDIR- ETSN-IN RAZILIĞI ILƏ :VİDEO
Bakıda pilot layihə adı altında qanunsuz tikililərin , eləcə də ağacların məhv edilməsi prosesi azalmır.

ETSN-ə yeni nazirin gəlişi belə heç nəyi dəyişmədi. Xüsusən Yasamal rayonunda vəziyyət biabırçıdır.

Conflict.az Deryaz.az-a istinadən xəbər verir ki, Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevin ölkə prezidenti tərəfindən vəzifəsindən uzaqlaşdırılması da bu rayonda qanunsuzluqları səngitməyib. Əksinə, başçısız qalan rayonda məmurlara bağlı tikinti şirkətləri sanki qanunsuzluq törətməkdə yarışa çıxıblar. Hamısı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarından sui-istifadə edilməklə.

«Elit City» MMC kimindir?

Mətbuatdan da məlumdur ki, 2016-cı ildə Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin bir sıra rayonlarında istifadəyə yararsız, köhnə binaların sökülməsi və yerində yeni binaların tikilməsi ilə bağlı hökümət məlum qərarı verib. Həmin qərarda rayon icra hakimiyyətlərinə sahibkarlarla əməkdaşlıq edərək, eyni zamanda, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə əməl edilməklə rayonlarda köhnə yararsız binaların sökülməsi və abadlıq işlərinin aparılması tapşırılır.

Bu qərardan istifadə edən icra başçıları isə özlərinə yaxın tikinti şirkətlərini işə cəlb etməklə mərkəzi küçələrdə yol qırağında olan 5-7 mərtəbəli evlərin sökülərək yerində hündürmərtəbəli binaların tikilməsinə cəhd göstərirlər. Paytaxtın mərkəzi rayonlarının birində 7 mərtəbəli binanın sökülməsinə qarşı bina sakinlərinin etirazı yayılmışdı. Məlum olur ki, Nazirlər Kabinetinin şöbə müdiri həmin binanın pilot layihəyə düşmədiyini, yəni, söküntünün hökumət proqramında olmadığını bildirir. Lakin rayon icra hakimiyyəti ərazinin pilot layihəyə düşdüyünü iddia edərək, binanın sökülməsi və yerində hündürmərtəbəli binanın tikilməsinə dair sərəncam verir. Yasamalda isə tikinti şirkətlərinin hədəfi mövcud binaların həyətlərindəki köhnə evlərdir.

Uzun illər rayonda qanunsuz obyektlərin tikilməsinə başı qarışmış İ.Mehdiyev «pilot layihə»dən istifadə edərək, guya, rayonun abadlaşdırılması yolunu həyətlərdə olan köhnə binaların sökülərək yerində hündurmərtəbəli binaların tikilməsində görüb. Özünə yaxın şəxslərin himayəsində olan «Elit City» MMC ilə İ.Mehdiyevin işbirliyi də bu yolda yaranıb.



7 ağacı 3 minə ?

«Elit City» MMC İ.Mehdiyevin birbaşa özünün deyil, əzəli və əbədi müavini olan Səməd İslamovun sahibkar dostlarına məxsusdur. Tikintiyə nəzarət isə Əziz Əzivon icradan qovduğu, icra hakimiyyətinin sabiq təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov edir. O, «Pilot Residence», «Qismət-M Construction» şirkətlərinin Şərifzadə küçəsindəki, «Elit City» şirkətinin Z.Xəlilov küçəsində apardığı tikinti işlərinə birbaşa məsuldur.

Yeri gəlmişkən, Yasamal rayonu Z.Xəlilov və M.Şəhriyar küçələrinin sakinləri həyətlərində 16 mərtəbəli binanın tikilməsinə qarşı etirazları barədə də mətbuatda geniş məlumat yayılıb. 200-dən artıq sakinin imzası ilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bir çox nazirlik və komitələrə şikayət ərizələri göndərilib. Sakinlər öz həyətlərində olan taxta evlərin yerində planlaşdırılan 16 mərtəbəli binanın tikilməsinə etiraz ediblər. Xeyri olmayıb.
IBRAHIM MEHDIYEVDƏN QALMA «ELIT CITY» YASAMALDA YAŞILLIQLARI MƏHV EDIR- ETSN-IN RAZILIĞI ILƏ :VİDEO
Hazırda 53 saylı məktəbin düz qarşısındakı ərazi hasarlanıb. Burada salamat qalan 5 tut və 2 qovaq ağacının məhv ediklməsi üçün Ş.Məmmədov tikinti şirkətinin direktoru Rəfayellə birlikdə Yaşıllaşdırma İdarəsinin müdiri Vaqif Novruzovla çıxış tapıblar. 7 ağacın köçürülməsi mümkün olmadığından 3000 min manat cərimə ilə yekunlaşdıracaqlar. Deməli Gədəbəydə adi fermer öz bağında olan bir ağacı kəsəndə ETSN 3000 cərimə edir. Və bütün mətbuata bu barədə pres-reliz göndərir. Yasamalda isə 7 ağaca cəmisi bu qədər cərimə tətbiq edilir.
IBRAHIM MEHDIYEVDƏN QALMA «ELIT CITY» YASAMALDA YAŞILLIQLARI MƏHV EDIR- ETSN-IN RAZILIĞI ILƏ :VİDEO
Aydındır ki, ETSN-nin məsil vəzifəliləri tikinti şirkəti ilə əlaqəyə girərək öz maraqlarına görə yaşıllığı məhv edirlər. Bəs ulu öndərin “ Hər kəs bir ağac kəsərsə, mənim qollarımı sanki kəsər” sözü artıq qüvvədən düşüb ya necə?

Bir vaxt Mehriban Əliyeva da Yasamalda ağac söyqırımına sərt münasibət bildirmişdi.
IBRAHIM MEHDIYEVDƏN QALMA «ELIT CITY» YASAMALDA YAŞILLIQLARI MƏHV EDIR- ETSN-IN RAZILIĞI ILƏ :VİDEO



REDAKSİYADAN:
Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az