Zirehli maşınlar, mühafizə...

Gündəm / Kriminal

81

Zirehli maşınlar, mühafizə...Qanuni oğrular Türkiyədə ciddi qarşıdurmaya hazırlaşır.

Bu barədə “Rosbalt” məlumat yayıb.

Sayt bu məqsədlə zirehli maşınların və güclü mühafizənin əldə edildiyini bildirir.

Konfliktin tərəfləri kriminal avtoritet Qoça Allaidze (Alfason), onun himayədarı Nadir Səlifov (Lotu Quli) və müttəfiqlərin rəqibi Merab Canqveladzedir (Merab Suxumski).

“Quli artıq “müharibə”yə başlayıb və cavab zərbələrinə qarşı mühafizəni gücləndirib. Elə bu günlərdə Səlifov Alfasona zirehli maşının açarlarını təqdim edib və 5 güclü mühafizəçini onun yanına göndərib. Merabın adamları isə belə situasiyada “kölgəyə” çəkiliblər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, tərəflər arasında konflikt hələ 2017-ci ilin noyabrnda Türkiyədə başlanıb.

Conflict.az