"Azadlıq" metrosu təhlükədə - Prezidentin sərəncamı ilə salınan park məhv edilir

Gündəm / Cəmiyyət

95

"Azadlıq" metrosu təhlükədə - Prezidentin sərəncamı ilə salınan park məhv edilirBinəqədi rayonu ərazisində yerləşən "Azadlıq" metrosu çökmək təhlükəsi ilə üzləşib.

Sakinlərin verdiyi məlumatda bildirilirdi ki, metronun ətrafında salınan park işbazlar və Bakı şəhər icra hakimiyyəti və Binəqədi rayon rəhbərliyinin şəxsi maraqlarının qurbanına çevrilib.
Ərazidə olan əməkdaşımızın müşahidələri də faktı təsdiq edir. Metronun üstündə hündürmərtəbəli bina və obyektlərin tikintisi davam edir. Parkın yaşıllıqları məhv edilməkdədir. Park ərazisində icra hakimiyyətinin qanunsuz sərəncamları ilə ticarət mərkəzləri tikilməkdədir.
"Azadlıq" metrosu təhlükədə - Prezidentin sərəncamı ilə salınan park məhv edilir
Ərazidə yaşayan vətəndaşlar Realliq.info-ya bildiriblər ki, acınacaqlı durumla bağlı rəsmi qurumlara müraciət olunub. Lakin aidiyyatı qurumlar, eləcədə Ekologiya və Təbii Sərvətlər nazirliyi yaranmış təhlükənin qarşısını almağa səy göstərmir.
Xatırladaq ki, "Azadlıq prospekti" metropolitenin iki sütunsuz stansiyasından biridir. Realliq.info - nun əməkdaşının çəkdiyi fotolardan da məlum olur ki, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının çıxışındakı park istirahət üçün yararsız vəziyyətdədir. Burada parkdan əsər-əlamət qalmayıb. Parkın əksər yerlərində çökmələr yaranıb. Torpaq örtüyü üzərində pərçimlənmiş metlax və kafellər sıradan çıxıb. Yaşıllıq ərazilərinin ətrafında olan aqlay üzlüklər də eyni aqibəti yaşayıb. Parkın enişindən yoxuşuna çıxmaq üçün salınmış pilləkəndən də hərəkət etmək təhlükəlidi.
"Azadlıq" metrosu təhlükədə - Prezidentin sərəncamı ilə salınan park məhv edilir
Qeyd edək ki, hazırda məhv edilən parkın salınması üçün Prezidentin sərəncamı ilə 2.6 milyon manat vəsait ayrılmışdı. Həmin vəsait hesabına salınan yaşıllıq indi soyqırıma məruz qalıb.(Realliq.info )

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır


Conflict.az