Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər - Qaraşov işsiz qalmayacaq

Gündəm / Cəmiyyət

155

Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər - Qaraşov işsiz qalmayacaqLənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla bağlı yaxın günlərdə qərar verilə bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Qaraşovun Bakıya - Hacıbala Abutalıbovun yerinə mer təyin olunacağı haqda informasiyalar yayılmışdı. Amma sonradan məlumatla bağlı açıqlamasını yollayan sözügedən RİH sözçüsü yayılmış xəbəri təkzib etdi.

Son olaraq daxil olan informasiyalardan isə aydın olur ki, Taleh Qaraşov həqiqətən də Lənkəranda çox oturmayacaq. Mənbənin dedikləri:

"Yaxın vaxtlarda qərar rəsmən elan olunacaq. Lənkərana yeni başçı gətirilir. Taleh Qaraşov isə mütləq yeni təyinatla mükafatlandırılacaq. Onun hansı posta təyin olunacağı dəqiqləşdirilir". (Dia.az)

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az