Türkiyə ABŞ silahına alternativ axtarışına başlayır - Ərdoğan

Gündəm / Dünya

126

Türkiyə ABŞ silahına alternativ axtarışına başlayır - ƏrdoğanPrezident Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının Türkiyəyə “F-35” qırıcılarının satışına qoyduğu qadağa səbəbindən alternativləri nəzərdən keçirəcəyini bildirib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb:

“Biz “F-35” almaq üçün 800 milyon dollar ödəmişik. Düşünmürəm ki, məsələ ABŞ Senatının istədiyi kimi olacaq. İnanıram ki, prezident Donald Tramp bu qadağanı ləğv edəcək”.

Dövlət başçısı əlavə edib ki, hazırda Ankara öz qırıcı təyyarələrinin istehsalı üzrə işlər aparır.

21 iyunda Türkiyə ilk iki beşinci nəsil “F-35” qırıcısını alıb. Lakin hələlik təyyarələr ABŞ-ın Arizonadakı Hərbi Hava Qüvvələrinin bazasına göndərilib. Burada türk pilotlara və texniki heyətə 2019-cu ilin noyabrın qədər təlim keçiriləcək.

Müqaviləyə görə, Ankara ABŞ-dan 100 ədəd F-35 qırıcısı almalıdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, ilk təyyarələr ölkəyə 2020-cı ildə gətiriləcək.

Xatırladaq ki, iyunun 19-də ABŞ Senatı 2019-cu maliyyə ili üçün Pentaqonun büdcəsi haqqında qanun layihəsini qəbul edib. Sənədə əsasən, Müdafiə Nazirliyinə Ankaraya silah satmaq yasaqlanıb. Buna Türkiyənin Rusiyadan S-400 zenit kompleksi alması səbəb göstərilir.

Conflict.az