Avropadan Rusiyaya qarşı daha bir qərar

Gündəm / Dünya

154

Avropadan Rusiyaya qarşı daha bir qərarAvropa Birliyi Krımı ilhaq edən Rusiyaya qarşı sanksiyanı daha bir il uzadıb.

Bu barədə qərarı Avropa Komissiyası verib.

Qeyd edək ki, Avropa Birliyi 2014-cü ildə Krım yarımadasında Moskva tərəfindən “keçirilən” referendumdan dərhal sonra Rusiyaya qarşı iqtisadi sanksiya tətbiq edib.

Sanksiyalara əsasən Krımda istehsal edilən malların Avropaya idxalı, Krımda Avropa yatırımları, turizm, nəqliyyat, enerji, habelə Krıma Avropadan mal və texnologiyanın tədarükü qadağan edilir.


Conflict.az