Koreya yarımadasında 10 il sonra ilk – Danışıqlar başladı

Gündəm / Siyasət

528

 Koreya yarımadasında 10 il sonra ilk – Danışıqlar başladıCənubi və Şimali Koreya arasında son 10 ildə ilk dəfə olaraq hərbi məsələlər və sərhəd bölgəsində gərginliyin azaldılması istiqamətində danışıqlar keçirilir.

Bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Görüşdə hər iki orduya məxsus generalların iştirak etdiyi bildirilir.

Məlumata görə, iki ölkə arasında eyni zamanda nazirlər səviyyəsində müdafiə və hərbi məsələlərin müzakirəsi üçün görüş keçirilməsi ilə bağlı danışıqlar aparılır.


Conflict.az