"MedEra Hospital"da bunu da etdilər... - İLGİNC

Gündəm / Cəmiyyət

185

"MedEra Hospital"da bunu da etdilər... - İLGİNC“Müayinə üçün Uzmanlar Tibb Mərkəzinə getmişdim. Ordan radioloq, Dr.Anar Fərzəliyev məni anqioqrafiya olmaq üçün "MedEra Hospital"a göndərdi. İndi isə onun cavabını mənə vermirlər”.

Conflict.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya şikayətçi Şirazi Mustafayev bildirib. O qeyd edib ki, analizin cavabını elə bir diskdə veriblər ki, koddadır və açılmır:

“Dəfələrlə demişəm ki, analizin cavabını e-mail adresimə göndərin. Onlar ancaq deyirlər ki, biz göndərə bilmərik, disk vermişik. Diskidə elə koda qoyublar ki, ancaq özləri aça bilir. Diski evdən kənarda da internet klublarda açmağa çalışsam da mümkün olmayıb, çünki disk kod istəyir.

Özü də analizin qiyməti 180 AZN-dır. Mən bunun nəticəsini başqa həkimlərə də göstərmək istəyirəm, ancaq bunu edə bilmirəm, çünki cavab yoxdur.

Gördüm ki, alınmır getdim ki, heç olmasa analizin cavabını açıb özümə göstərsinlər. Bir kompüterin xarab olmasını, digərinin məşğul olmasını və d. bəhanələr edərək bunu etmədilər. Özü də deyirlər ki, sizin komputerdə problem var. Yaxşı lap kompüterimdə problem olsun, digər kompüterlərdə də, internet klublardakı kompüterlərdə də problem var?
"MedEra Hospital"da bunu da etdilər... - İLGİNC
Analizin cavabını qəsdən vermirlər ki, bunu başqa həkimlərə verməyim, çünki bu həkim mənə dedi ki, əməliyyat olmalıyam. Özü də əməliyyatın qiyməti 23 000 AZN-dır.

Nəticələr əlimdə yoxdur ki, digər həkimlərə də bunu göstərim və dəqiq dərdimi öyrənim”.

Şikayətçi bildirib ki, Uzmanlar Tibb Mərkəzi "MedEra"ya analiz üçün göndərib deyə onlar cavabı birbaşa ora göndəriblər:

“Uzmanlara gedirəm deyirlər "MedEra"dan götürün, oradan da deyirlər ki, Uzmanlardan götürün, arada qalmışam.

Daha sonra tibb bacısı olan Vəsilə xanımla danışdım, dedi ki, e-mail adresinə cavabı göndərəcəm. E-mail adresini atandan sonra isə yenə dedi ki, verə bilmərik. Sonra dedi ki, cavablar Türkiyəyə göndərilib, disk gələn həftə əllərində olacaq. 1 həftə keçdi getdim, yenə də hərəsi bir-birinin üstünə göndərir”.

Məsələ ilə bağlı olaraq dəfələrlə Uzmanlar Tibb Mərkəzinə zəng eləsək də telefonlarımıza cavab verən olmadı. Daha sonra isə tibb bacısı Vəsilə xanımla əlaqə saxladıq, o da dəstəyimizi götürmədi.

Cebhe.info-ya açıqlama verən "MedEra Hospital"ın icraçı direktoru Dr. Lalə Babayeva bildirdi ki, bu barədə müraciət olunmayıb:

“Bizə bu barədə müraciət olmayıb, belə bir şey ola bilməz. Diskdə olan kod elədir ki, onu istənilən həkimlər aça bilir. İstəsəniz sizə də bu kodu deyərik, elə siz də diski açarsınız.

Həmin şəxslər bizə yaxınlaşsın”.

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az