Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir... - QALMAQAL

Gündəm / Bölgə

38

 Sahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir... - QALMAQALSahibkarlar Ramiz Yediyarovun həbsini tələb edir.

Conflict.az xəbər verir ki, bu barədə DİA.AZ-a Gədəbəy rayonundan olan bir qrup sahibkar adından daxil olan müraciətdə deyilir. Müraciət müəllifləri bildirir ki, onlar keçmiş icra başçısı Ramiz Yediyarovun dövründə müxtəlif vaxtlarda külli miqdarda zərər çəkiblər.

Sahibkarlar yazır: Ramiz Yediyarov bizə çox zülmlər edib. Kiminin obyektini dağıdıb, kiminin evini uçurub,kumunun obyektinin yolunu kəsib, kiminin əkin tarlasını, istixanasını əlindən alıb, kiminin də pulunu... İndi işdən çıxarılıb bu adam. O deməkdirmi ki, bizim pozulmuş hüquqlarımız bərpa olunmayacaq...

Biz dia.az vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik ki, Ramiz Yediyarovun hüquq qarşısında cəzalanması və bizə dəymiş maddi ziyanın ödənilməsi üçün köməklik göstərilsin".

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır



Conflict.az