Fazil Məmmədovun Şəmkirdəki "yadigarı" da vəzifədən alınır - Daha kimlər gedir?

Gündəm / Cəmiyyət

36

 Fazil Məmmədovun Şəmkirdəki "yadigarı" da vəzifədən alınır - Daha kimlər gedir?Bakının Binəqədi və Gədəbəy rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsinin ardından gözlər sabiq Vergilər Naziri Fazil Məmmədovun digər kadrlarına - Qazax RİH rəhbəri Rəcəb Babaşova və Şəmkirin başçısı Alimpaşa Məmmədova yönəldi.

Conflict.az dia.az-a istinadən xəbər verir ki, sabiq nazirin adamlarının "vurulması" prosesi davam etdirilir. Mənbənin söylədikləri:

"Bu günlərdə ilkin olaraq Şəmkirdə başçı dəyişdiriləcək, ardından isə sıra Qazax rəhbərliyinə çatacaq".

Mənbə bildirir ki, Fazil Məmmədovun özü də çətin durumdadır. Ona qarşı konkret ittihamlar var.

REDAKSİYADAN:
Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır

Conflict.az