Trampdan İran açıqlaması: Geri çəkilir...

Gündəm / Dünya

258

Trampdan İran açıqlaması: Geri çəkilir...ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasından sonra rəsmi Tehran Suriya və Yəməndən öz adamlarını çıxarmağa başlayıb.

Bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” televiziyasına müsahibəsində deyib.

“Məncə, İran dəyişib. Düşünmürəm ki, onlar Aralıq dənizi, Suriya və Yəmənə əvvəlki kimi baxırlar. Onlar Suriya və Yəməndən adamlarını çıxarmağa başlayırlar. Bu, artıq başqa məsələdir. İran artıq üç-dörd ay əvvəlki cəsarətli ölkə deyil”, - deyə o bildirib.

Conflict.az