Pakistanda yük qatarı relsdən çıxdı

Gündəm / Dünya

374

Pakistanda yük qatarı relsdən çıxdıPakistanın Sind əyalətinin Sukkur şəhəri yaxınlığında yük qatarının 20 vaqonu relsdən çıxıb.

Conflict.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində qatarların hərəkətində problem yaranıb, hadisə yerində xilasedicilər işləyir.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Conflict.az