Bakıda mənzildə qadın meyiti tapıldı » Conflict.az

Bakıda mənzildə qadın meyiti tapıldı

Gündəm / Hadisə

110

Bakıda mənzildə qadın meyiti tapıldıBakıda mənzildə 72 yaşlı qadının meyiti tapılıb.

Conflict.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Abdullayeva Fatma Ələkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Conflict.az