Avropadan Səməd Seyidovla bağlı şok sanksiya qərarı - Korrupsiya şübhəsi

Gündəm / Siyasət

57

Avropadan Səməd Seyidovla bağlı şok sanksiya qərarı - Korrupsiya şübhəsiAvropa Şurası Parlament Assambleyası (AŞPA) korrupsiyada şübhəli bilinən deputatlar barәdә sanksiya qәrarı verib.

Conflict.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə AŞPA-nın Almaniyadan olan deputatı Frank Şveyb öz "Facebook” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə bəzi deputatların korrupsiyaya bulaşmasına dair cox ciddi siqnallar daxil olub. Buna görə də, AŞPA-da Azərbaycanla bağlı korrupsiyanı araşdıran müstəqil komitə Səməd Seyidov başda olmaqla 4 deputatın – Aqramunt, Preda və Xuclanin mandatının 2 ildən 10 ildək dondurulması barədə sanksiya qərarı verib.

Bundan əlavə onların başqa Avropa strukturlarında təmsilçiliyinə də qadağa qoyulduğu bildirilir.

Komitənin qərarı yekun deyil. Daha ətraflı rəsmi məlumat sabah yayılacaq.

Conflict.az