Gənc oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

Gündəm / Hadisə

54

Gənc oğlanı maşın vurdu - Vəziyyəti ağırdırBakıda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Conflict.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

M.Xiyabani küçəsində yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Həsənov Fərmail Elxan oğlunu minik avtomobili vurub. Yaralı sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Conflict.az