Əbülfəs Qarayev turizmi itirdi, Gəncədəki kadrı bitirildi - Müdhiş faktlar...

Gündəm / Cəmiyyət

376

Əbülfəs Qarayev turizmi itirdi, Gəncədəki kadrı bitirildi - Müdhiş faktlar...Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb

Bu struktur dəyişikliyi regional şöbələrin və idarələrin fəaliyyətinə də təsir edəcək.

Conflict.az FİA.Az-a istinadən xəbər verir ki[sub][/sub], yeni agentliyə direktor təyin olunmasa da, yerli turizm idarələri onun nəzdində fəaliyyət göstərəcək.

Bu isə o deməkdir ki, nazir Əbülfəs Qarayevin səlahiyyətləri azaldılıb. Onun postundan gedişi üçün ilkin mərhələ olan bu dəyişiklik turizmin əlindən çıxması kimi qiymətləndirilir.

Agentliyə gələcək direktor isə turizm idarələrində öz kadrlarını yerləşdirməyə başlayacaq. Bu mənada Gəncə Mədəniyyət və Turizim İdarəsi rəisi Sənan Hacıyev vəzifəsini itirə bilər.

S.Hacıyev ölkənin ikinci paytaxtında nə mədəniyyət qoyub, nə də turizm. Hacıyevin başı pul qazanmağa qarışıb.

Onu maraqlandıran sovet dövründə adı olub, indi isə özü olmayan kitabxanaları, klubları, mədəniyyət evlərinə ayrılmış pulları necə silməkdən ibarətdir.

Əlbəttə Gəncənin icra başçısı Elmar Vəliyevin ona dəstək verdiyi bildirilir. S.Hacıyevin «gərgin əməyi» sayəsində bu gün İdarədə onlarla «canlı ölü» var.

Yəni, adları olub, özləri işə gəlməyənlər mövcuddur ki, onların da maaş kartları cənab Hacıyevin cibində bütün ölkəni gəzir.

Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəisinin durumu belədir ki, tək məqsədi pul qazanmaqdır. Sənan Hacıyev olmayan klublar, kitabxanalar və sair üçün bərk inventarlar da aldırıb.

FİA.Az xəbər verir ki, agentliyin yaradılması Ə.Qarayevin S.Hacıyevin arxasından çəkilməsinə səbəb olub. Hətta onun vəzifədən çıxarılacağı da istisna deyil.

Hər halda büdcəni talayan və turizmə heç bir töhfəsi olmayan rəislə heç bir yeni agentlik rəisi işləməz. Çünki prezident agentliyi yaradıb ki, dəyişiklik olsun.

Təyin edəcəyi sədr də düzgün işləməlidir, islahatlar aparmalıdır. Bu mənada S.Hacıyev yeni rəhbərin iş prinsipi ilə uyğun gəlməyəcək.

Məsələnin qaranlıq tərəfi odur ki, Gəncə Mədəniyyət və Turizm İdarəsində bütün tenderlərin qalibi «KƏPƏZ-11» MMC şirkəti olub. Bu şirkət həm bərk inventar alıb, həm dəftərxana ləvazimatı, həm də avadanlıqlar.

Bir şirkətin bu qədər çoxprofilli olması isə inandırıcı deyil. Güman ki, adıçəkilən şirkətdə Sənan Hacıyevin payı var. Əks təqdirdə, bütün işlər onlara həvalə edilməzdi.

Sərəncamda Nazirlər Kabinetinə Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.

REDAKSİYADAN:
Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az