Bu yollara girməyin

Gündəm / Cəmiyyət

63

Bu yollara girməyinBakıda hazırda dəhşətli tıxac müşahidə edilir.

Conflict.az Axar.az-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq Sabunçu rayonunun Zabrat qəsəbəsindən üzü şəhər istiqamətində gedən yolda sonu görünməyən tıxac yaranıb.

Müşahidə edilən tıxac artıq iki saatdır ki, davam edir.

Bu gün start götürəcək Formula-1 yarışları ilə əlaqədar Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşaqala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirildiyi üçün alternativ yollarda da sıxlıq yaranıb.

Hazırda Bakının əksər yollarında tıxac müşahidə edilir.

Conflict.az