Jurnalistdən açıqlama...

Gündəm / Dünya

188

Jurnalistdən açıqlama...Rostovlu jurnalisti Viktor Daniloviç Burikov ölüm ayağında yoldaşlarına dəhşətli sirr açıb. O, ölümünün qocalıqdan deyil, yadplanetlilərin ona yoluxdurduğu xəstlikdən olacağını bildirib.

Burikovun iddiası rostovlu anomaliya mütəxəssisi Aleksey Priyma tərəfindən araşdırılıb. O, Burikovu dinləyən üç dostunu tapıb, iddianın təfərrüatını öyrənməyə çalışıb.

Jurnalistin yoldaşları bildirib ki, o, yaşının çox olmasına baxmayaraq, güclü yaddaşı, səlis danışığı olan çox ağıllı insan idi. Brukov1984-cü ildə 80 yaşda vəfat edib. O, 3 ay yataq xəstəsi olub. Belə ki, ilk olaraq əlləri, ayaqları iflic olub. Sonra isə ürəyi dayanıb.

Ölümündən qabaq o, çox maraqlı faktlar açıqlayıb:

“Bilirəm ki, tezliklə öləcəyəm və həyatda yaşamaqdan başqa itirəcəyim heç nə yoxdur. Diqqətlə qulaq asın. Həkimlər səhv fikirdədir. Mən yaşlılığımdan ölməyəcəyəm. Məni yadplanetlilər bilinməyən xəstəliyə yoluxdurub. Sağalacağıma ümid etdiyimə görə, bu barədə danışmaq istəmirdim.”

Jurnalist hadisənin təfərrüatını da yoldaşları ilə bölüşüb:

“Don çayının sahilindəki meşəlikdə yaxınlarım çiçək toplayırdılar, mən isə tək gəzməyə başladım. Ağacların arasında 3 nazik ayaqlı, diametri 7-8 metr olan diskşəkilli uçan aparat gördüm. Onun üzərində açıq lük vardı və oraya qısa nərdivan qalxırdı. Oradan uzaqlaşmaq istərkən, sanki əlim-ayağım tutuldu”.

Sonra Burikov arxadan dirsəklərindən tutularaq, aparata tərəf aparıldığını hiss edib.

Jurnalist deyib ki, onu aparanların boyu 2 metr olub:

“Onların paltarı açıq gümüşü rəngdə idi, başlarında dəbilqə və üzlərində şəffaf şüşə vardı”.



Jurnalist onları “qan-qırmızı yaraşıqlı kişilər” adlandırıb:

“Məni “uçan boşqab”a aparıb üzü üstə yerə atdılar. Burada çətinliklə eşidilən uğultu var idi. Sonra elə hiss etdim ki, aparat uçmağa başladı. 3-4 dəqiqə sonra uğultu kəsildi. Sonra mənim qollarımdan tutaraq “uçan boşqab”dan çıxardılar. Gözlərimi açanda Qafqaz dağlarına bənzər mənzərə gördüm. Dağlar arasında ensiz dərə vardı”, - jurnalist bildirib.

Jurnalist qeyd edib ki, orada bir-birinin eyni olan 7-8 dənə uçan boşqab, onların da arasında açıq-gümüşü geyimli “marslılar”görünürdü:

“Onlardan biri mənə yaxınlaşdı və tıxacaçana bənzər buruq məftili başıma toxundurmağa başladı. Naməlum aləti başıma yaxınlaşdırdıqca sanki atəş başımı deşirdi. Sonra yenidən əl-qolumu bağlayaraq “Uçan boşqab”a apardılar və üzü üstə yerə atdılar”.

Beş dəqiqə sonra jurnalist özünə gəlib və ailəsi ilə gəzintiyə çıxdığı yerdə olduğunu görüb. Amma o, yenə də arxa tərəfdən uğultu səsi eşidib:

“Ağrılarım hədsiz çox idi. Çətinliklə ətrafa baxanda “Uçan boşqab”ın üç nazik ayaqlarının yığıldığını gördüm”.

Aparat çəmənlik üzərində 3 metr uçduqdan sonra bir müddət göydə qalıb. Sonra isə birdən-birə yoxa çıxıb.

Jurnalist bildirib ki, özünə gəldikdə, bütün sümükləri, başı ağrıyır, hərlənir, ürəyi bulanırdı. Hətta bir neçə ay keçsə də, sağalmırdı.

Üç ay sonra isə jurnalist ölüb.

Maraqlıdır ki, bir adamın tutulması, “uçan boşqab”a aparılması, “məftil” vasitəsilə beyninin araşdırılması və geriyə qaytarılmasına yadplanetlilər cəmi 15 dəqiqə vaxt sərf etmişdilər. Onların bu əməliyyata bu qədər az vaxt sərf etmələri təəccüb doğurur. Görünür, yadplanetlilər yaxşı hazırlanmış ssenari üzrə hərəkət ediblər.

Conflict.az