"Qərb bizi vurduqca..."

Gündəm / Siyasət

219

"Qərb bizi vurduqca..."Qərb ölkələrinin Suriya torpaqlarına endirdiyi zərbələr Dəməşqlə Moskva arasındakı əməkdaşlığı gücləndirir.

Bu sözləri Suriyanın Çindəki səfiri İmad Mustafa deyib.

“Bu zərbələr yalnız Rusiya ilə Suriya əməkdaşlığının qüvvətlənməsi və dərinləşməsinə xidmət edir”, - səfir bildirib.

ABŞ, Fransa və Britaniyanın Suriyaya endirdiyi zərbələrlə bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama yayıb. Açıqlamada buraxılan raketlərin Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin qoruduğu hava məkanına daxil olmadığı bildirilib.

Senator Konstantin Kosaçev isə deyib ki, Qərb dövlətlərinin Suriyaya endirdiyi zərbə Şərqi Qutada işə başlayan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının missiyasını yerinə yetirməsinə mane olmaq üçündür.

Qeyd edək ki, ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.

Hücum zamanı Dəməşq, Xama, Xüms, Dera və Seveyda şəhərlərində yerləşən hədəflər bombalanıb.

Məlumata görə, paytaxt Dəməşq şəhərində də bir çox mövqe zərbəyə tuş gəlib.

Conflict.az