İrəvanda vəziyyət qarışdı

Gündəm / Dünya

206

İrəvanda vəziyyət qarışdıİrəvanın mərkəzindəki Azadlıq meydanında Vətəndaş Müqaviləsi Partiyasının Serj Sərkisyana qarşı mitinqi keçirilib.

Sərkisyanın baş nazir olmasına qarşı baş tutan mitinqdə VMP siyasi şurasının üzvü Nikol Paşinyan iki həftə müddətində 214 km-lik yürüşdən sonra tərəfdarları ilə birgə paytaxtdakı mitinqə qatılıb.

Parlamentin “Çıxış” blokunun rəhbəri Nikol Paşinyanın rəhbərliyi altında yürüşçülər bundan əvvəl İrəvan Dövlət Universitetinə doğru hərəkət edib. Bunda məqsəd tələbələrə dəstək vermək olub.

Belə ki, bir müddət əvvəl tələbələr arasında 13 aprel mitinqinə çağırış vərəqələri yayılıb. Universitetin mühafizə xidməti tələbələrin üstünə hücum çəkib və onlardan vərəqələri almağa cəhd göstərib. Tələbələr isə buna etiraz olaraq bu gün etiraz aksiyası keçiriblər və ombudsmana müraciət ediblər.

***

Erməni mediasının məlumatına görə, mitinqçilər oturaq aksiyaya qərar veriblər və bu məqsədlə artıq Fransa meydanında çadırlar qurulub.

Nikol Paşinyan bildirib ki, əgər aksiya iştirakçılarının sayı Qapalı bazara qədər genişlənərsə, hakimiyyətin dəyişəcəyinə zəmanət verirəm.

İrəvan polis rəisinin müavini Valeri Osipyan Pişanyanla təkbətək söhbətə cəhd etsə də, ikinci bundan imtina edib.

“Əgər Osipyanın sözü varsa, qoy, hamının iştirakı ilə desin”, - Paşinyan bildirib.

Qeyd edək ki, Fransa meydanı İrəvanın əsas mərkəzi küçəsi sayılır, bir neçə prospekt burada kəsişir.

Conflict.az