ABŞ Suriyanı vurdu

Gündəm / Dünya

186

ABŞ Suriyanı vurduABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.

Hücum zamanı Dəməşq, Xama, Xüms, Dera və Seveyda şəhərlərində yerləşən hədəflər bombalanıb.

Məlumata görə, paytaxt Dəməşq şəhərində də bir çox mövqe zərbəyə tuş gəlib. Mezze hava limanı, 41-ci briqadanın araşdırma mərkəzi vurulan obyektlər arasında göstərilib.

Hücum zamanı ABŞ-ın “Tomahavk” tipli raketlərdən istifadə etdiyi bildirilib. Suriya Hava Hücumundan Müdafiə dəstələri qarşılıq verib.

Dəməşqdə bir sıra yerli mənbələr paytaxtdakı elmi-araşdırma mərkəzinin də vurulduğunu qeyd edib. Suriya tərəfinin açıqlamasına görə, Kisva bölgəsində müttəfiqlərin atdığı 13 raket zərərsizləşdirilib.

***

“Foks Nyus”un məlumatına görə, Suriya hərbi təyyarələrinin müəyyən hissəsi Hmeymim bazasındadır. Təyyarələrin zərbələrdən qorumaq üçün rus bazasına yerləşdirildiyi bildirilib.

Fransa Prezidenti Makron zərbənin Suriya hakimiyyətinin kimyəvi silah istehsalına imkan verən obyektlərinə endirilir.

***

ABŞ Müdafiə naziri Ceyms Mettis Suriyaya zərbənin ardıcıl olmayacağını bildirib. Onun sözlərinə görə, zərbə bir dəfə üçün endirildi, ancaq növbəti zərbə də istisna edilmir.

“Növbəti zərbə Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsindən asılıdır”, - Mettis bildirib.

Conflict.az