Polis 32 şübhəlini saxladı - Cinayət

Gündəm

183

Polis 32 şübhəlini saxladı - CinayətÖtən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ötən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Conflict.az