PREZİDENT SAMMİTƏ OĞLUNU GÖNDƏRDİ – Ona “Xalqın oğlu” deməyə başlayıblar

Gündəm

260

PREZİDENT SAMMİTƏ OĞLUNU GÖNDƏRDİ – Ona “Xalqın oğlu” deməyə başlayıblarTürkmənistan prezidentinin oğlu Sərdar Berdımuxammedov Orta Asiya dövlət başçılarının sammitinə qatılıb. Azadlıq Radiosunun Türkmənistan xidməti xəbər verir ki, Türkmənistan parlamentinin deputatı olan 36 yaşlı Sərdarı Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev də qəbul edib.

Rəsmi olaraq sammitdə Türkmənistanı parlamentin sədri Akca Nurberdıyeva təmsil edirdi.
Nazarbayev S.Berdımuxammedovla görüşdə “iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyini” vurğulayıb. S.Berdımuxammedov isə atası Qurbanqulunun məktubunu Qazaxıstan prezidentinə təqdim edib.

Bu haqda Qazaxıstan tərəfi məlumat yayıb. Türkmənistanın özündə isə rəsmi media bu görüşü işıqlandırmayb.
Sərdar Berdımuxammedov parlamentin qanunvericilik və normalar komitəsinin sədridir.
Son vaxtlar rəsmi media onun haqqında yazarkən “Xalqın oğlu” ifadəsini işlətməyə başlayıb.

Martın 25-də Türkmənistanda növbəti parlament seçkiləridi. S.Berdımuxammedov də namizədliyini yenidən irəli sürüb.
Son vaxtlar Türkmənistan prezidenti öz oğlunu dövlət tədbirlərinə daha çox dəvət edir və bəzi müşahidəçilər bunu əsas götürərək Sərdar Berdımuxammedovun varisliyə hazırlanması haqda danışmağa başlayıblar.
Ötən il Sərdar Berdımuxammedov bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada səfərdə olub, yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib.
Maraqlıdı ki, Qazaxıstan prezidenti Astanadakı sammit çərçivəsində Türkmənistan nümayəndə heyətinin rəhbəri, parlamentin sədri Akca Nurberdıyevanı yox, prezidentin deputat oğlunu qəbul edib. Görüş təkbətək keçirilib.

Conflict.az