Şahzadə aeroportda intihar etdi - video

Gündəm / Kriminal

178

Şahzadə aeroportda intihar etdi - videoSəudiyyə Ərəbistanı şahzadəsi Bəndər bin Xalid Əbdüləziz əs-Səud London hava limanında intihar edib.

Şahzadə onu zorla deportasiya etmək istəyən hava limanının mühafizəçilərinin əlindən çıxaraq özünü balkondan atıb.

Şahzadənin intihar anı Yutub sosial şəbəkəsində yerləşdirilib.

Səudiyyə Ərəbistanı şahzadənin ölüm xəbərini təsdiq edib. Şahzadənin cənazə namazı Məkkədəki Böyük Məsciddə qılınacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Böyük Britaniyada 90 milyard dollarlıq müqavilələr imzalayıb.

Conflict.az