Qılıncla təqaüdçüyə hücum etdi

Gündəm / Kriminal

179

Qılıncla təqaüdçüyə hücum etdiKanadanın Albert əyalətinin Braqq-Krik şəhər polisi qılıncla 79 yaşlı qadına hücum edən 19 yaşlı kişini saxlayıb.

TASS xəbər verir ki, bu barədə bazar ertəsi CTV telekanalı məlumat yayıb.

Asayiş keşikçilərinin sözlərinə görə, təqaüdçü xəstəxanaya yerləşdirilib.

Hücum edən və zərərçəkmiş qohumdurlar. Onlar bir evdə yaşayıblar.

Polis qeyd edir ki, kişi soyuq silah hazırlamaqla məşğuldur. Ona qarşı artıq qanunsuz silah saxlamaq və hücum etmək maddələri üzrə ittiham irəli sürülüb.

Conflict.az