İnsan orqanı alveri ilə məşğul olan dəstə yaxalanıb

Gündəm / Kriminal

179

 İnsan orqanı alveri ilə məşğul olan dəstə yaxalanıbMisir polisi paytaxt Qahirədə donor orqanlarının ticarəti ilə məşğul olan bir qrup həkim və vasitəçini yaxalayıb.

RİA "Novosti"xəbər verir ki, bu barədə bazar ertəsi güc strukturlarındakı mənbəyə istinadən "Youm 7" nəşri yazıb.

Dəstəyə 7 nəfər daxil olub. Polislərin jurnalistlərə verdikləri məlumata görə, canilər aztəminatlı insanları, qaçqınları və pula ehtiyacı olan şəxsləri öz orqanlarını satmağa sövq ediblər. Bununla belə, onlar öz qurbanlarını orqan köçürülməsindən imtina və polisə müraciət etməmələri üçün maliyyə sənədləri imzalamağa məcbur ediblər.

Conflict.az