Nazir istefa verdi

Gündəm

154

Nazir istefa verdiLitvanın ədliyyə naziri Milda Vaynyute istefa verib.

Nazir bu qərarı baş nazir Saulyus Skvernyalislə görüşündən sonra verib. Lakin o, qərarı heç bir təzyiq olmadan qəbul etdiyini də deyib.

Ehtimallar arasında Vaynyutenin adının korrupsiya qalmaqalında hallanması var.

Bundan başqa, nazirlikdə maliyyə yoxlaması keçirilməsinə maneələr yaradıldığı ilə bağlı xəbərlər yayılmışdı. Həmçinin ölkə başçısı Dalya Qribauskayte nazirin fəaliyyətindən narazı olduğunu deyib.

Conflict.az