Lənkəranda çökmüş kənd yolu bir həftədir bərpa edilməmiş qalıb - FOTO

Gündəm / Bölgə

34

Lənkəranda çökmüş kənd yolu bir həftədir bərpa edilməmiş qalıb - FOTO Fevralın 5-i Lənkəran rayonunun Jidi kəndi ərazisindən keçən yolun torpaq qatı sürüşüb.

Hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, yolda bərpa işləri aparılmayıb.

Sakinlərin istifadəsi üçün alternativ yol çəkilsə də, bu yoldan da istifadə etmək onun palçıqlı olması səbəbindən çətinləşib.

Bu yoldan həmçinin Gəgiran kəndinin sakinləri də istifadə edirlər.

Conflict.az