Beynəlxalq Banka yeni təyinatlar olub

Gündəm / İqtisadiyyat

35

Beynəlxalq Banka yeni təyinatlar olub“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində kadr dəyişikliyi baş verib.

Conflict.az xəbər verir k, bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, Emil Əmirov ABB-də informasiya texnologiyaları üzrə baş direktor vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik E.Əmirov Bankda elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Bank sektorunda 2003-cü ildən fəaliyyət göstərən E.Əmirov Azərbaycan Mərkəzi Bankının bölmə rəhbəri, “MilliKart” prosessinq mərkəzinin icraçı direktorunun müavini, “AtaBank” ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Son təyinata qədər isə “Azərbaycan Beynəlxalq Bankı”nın törəmə müəssisəsi olan “Azərikard” prosessinq mərkəzinə rəhbərlik edib. Emil Əmirov “Azərbaycan Beynəlxalq Bankı”nın informasiya texnologiyaları üzrə baş direktoru vəzifəsində Cəlal Orucovu əvəzləyib.

“Azərikard” prosessinq mərkəzinin baş direktoru vəzifəsinə isə Fərid Quliyev təyin olunub. Fərid Quliyev son təyinata qədər müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

Conflict.az