İmişli – Qiyamətə qədər məhv edilmiş torpaqlar məkanı - FOTO

Gündəm / Cəmiyyət / Bölgə

148

İmişli – Qiyamətə qədər məhv edilmiş torpaqlar məkanı - FOTOI yazı

Ekologiya və Təbii Sərvətlər nazirliynin yerli strukturlarının da göz yumduqları bu hal insan faciəsinin başlanğıcıdır.

Vətənin 20%-i erməni hərbi quvvələrinin işğalı altındadır. Lakin millət olaraq bir gün belə o torpaqları unutmadıq. Və xalq olaraq ora - Qarabağa mütləq dönəcəyik. Bu ümid deyil, sadəcə inamdr. Lakin erməni işğalına aidiyyatı olmayan elə ərazilərimiz də var ki, biz qiyamətə qədər torpaq deyə həmin ərazilərə ayaq basa bilməyəcəyik. Ora İmişlidir – qiyamətə qədər məhv edilmiş torpaqlar məkanı.
İmişlidə əkinə yararlı, otlaq sahəsi olan torpaqlar artıq uzun illərdir ki, yerli məmurların imzası ilə işbazlara verilərək, sanki məhvə məhkum edilmiş düşmən obrazındadır. Əgər belə olmasa idi bir – birinin ardınca artan qum – çınqıl karxanaları kəndlərdəki otlaq sahələrini, rayonun əkinə yararlı torpaqlarını zəbt edərək yerndə ekoloji problemə səbəb olacaq dəryaçalar yaratmazdılar. Biz media olaraq ölkə başçısının qeyd etdiyi kmi qeyri – neft sektorunun inkişafının tərəfdarıyıq. Çünki neft daimi deyil. Qeyri – neft sektoru isə daimidir. Lakin bu sahə bilavasitə torpaqla bağlıdır. Əgər torpaqlar bir neçə nəfərin varlanması və kimlərinsə həmin şəxslərdən istifadə edərək zəhmətsiz gəlir əldə etməsi üçün vasitəyə çevrilirsə, o halda bəs dövlət başçısının göstərdiyi yola sədaqət harada qalır? Axı dövlət görəvləri Prezidentin söylədiyi kimi xidmət etmək üçündür, varlanmaq üçün yox.
İmişli – Qiyamətə qədər məhv edilmiş torpaqlar məkanı - FOTO
Xatırladaq ki, hətta sovetlər dönəmində, Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin Moskva tərəfndən amansız istismarı vaxtında belə İmişli ərazisində, cəmi iki qum – çınqıl karxanası fəaliyyət göstərirdi. Bəlli bir ərazini əhatə edən həmin karxanaların ətrafı isə kənd camaatının otlaq sahəsi idi. Hətta rayonun böyük bir hissəsini əhatə edən və tərəkəmə adlanan kəsim həmin ərazilərdən qışlaq kimi istifadə edirdilər. Təəssüflər olsun ki, bu gün artıq həmin kəsim məhz sözdə qalır. Çünki bu gün İmşlidə qoyunçuluq və maldarlıq təsərrüfatının inkişafı üçün sahə yox dərəcəsindədir. Nəinki bu sahələr, sovetlər dönəmində kolxoz təsərrüfatının növbəli əkin sistemi lə müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirilən sahələri də artıq dəryaçlara çevrilib. Halbuki ölkə həmin illərdə o sahələrdə tonlarla pambıq, taxıl, qarğıdalı, çuğundur və s. kənd təsərrüfatı məhsulları istehsal edirdi. Lakin bu gün həmin ərazilər yuxarıda qeyd edildiyi kimi bu gün və gələcəkdə ciddi fəasadları olan su dəryaçalarına çevrilib. Diqqətli oxucuların nəzərinə çatdıraq ki, biz media olaraq hətta Ekologiya və Təbii Sərvətlər nazirliynin yerli strukturlarının da göz yumduqları bu halı insan faciəsinin başlanğıcı hesab edirik.
İmişli – Qiyamətə qədər məhv edilmiş torpaqlar məkanı - FOTO
Əvvəla ona görə ki, zatən tərkibinə görə şoran olan, lakin min bir əziyyətlə yuyularaq əkinə yararlı hala gətirilən torpaqların gütləvi şoranlaşması baş verir. Yerin təkindən yüksək təzyiqlə çıxarılan qum- çınqılın yerini alan şor suyun böyük miqdarda yerin alt qatından çıxması, ətrafdakı münbit ərazilərində şoranlaşmasına səbəb olur. Belə olan təqdirdə hətta “Qırmızı kitab”a düşmüş ağacların, kolların məhv olması labüd olur. Əslində artıq həmin sahələrdəki qiymətli ağaclar və kollar tarixə çevrilib. Bundan başqa münbit, əkinə yararlı torpaqların yerində salınan dəryaçaların genişlənməsinin qarşısını almaq da mümükün deyil. Çünki yerin təkindən çıxan qum- çınqılın yerini alan şor su kütləsi dəryaçların sahilini yuyaraq, ərazini genişləndirir. Bu isə ətraf ərazilərdə baş verəcək hətta kiçik təbii fələkətin belə miqyasını böyüdə bilər. Lakin bu da son deyil. Xatırladaq ki, həmin dəryaçalar əsasən Araz çayından ayrılan kanalların yaxınlığında salınıb. Və bu da illərlə həmin dəryaçalarda qalan, tərkibində insan orqanizmi üçün zərərli maddələrin bol olduğu sulların şirin su mənbəyinə qarışmasına səbəb olur. Bu gözlə görünən qaydada, yəni kiçik bərələr vasitəsilə həmin kanallara birbaşa axıdılmasa belə, kifayət qədər sulu olan torpaqda qarışmaması mümkünsüzdür. Əgər adiyyatı strukturlar bunu inkar etməyə cəhd etsələr o halda alternativ sualımıza zəhmət çəkib cavab versinlər: Əgər bu tip ərazilərdəki insan orqanizmi üçün zərərli sular şirin su mənbəyinə qarışmırsa, o halda şoran torpaqların yuyulması prosesi necə həyata keçirilr? Bəyəm torpaqlar münbitləşdirilərkən bol və şirin su ilə yuyulmurmu? Həmin ərazilərin kənarında qazılmış, kəndlilərin “şor arxı” adlandırdıqları kanallara torpağın bir neçə metr dərinliyindən zərərli maddələrin təbii olaraq axmasının şahidi olmayıblarmı?
İmişli – Qiyamətə qədər məhv edilmiş torpaqlar məkanı - FOTO
O halda necə ola bilər ki, təmizlənərkən mümkün olan təbii proses, çirklənərkən mümükünsüz olur? Yerli icra hakimiyyəti və bələdiyyə strukturlarının, o cümlədən Ekologiya və Təbii Sərvətlər nazirlyinin yerli qurumu bu cür hallara nə qədər göz yumacaqlarsa, deməli ərazidə min illərdir məskunlaşmış əhalnin ekoloji faciəsi bir o qədər qaçılmaz olacaq. Əslində həmin ərazidə yaşayan əhali uzun müddətdir ki, əsasən yay aylarında revmatizm, asma və maliyariya xəstəliyindən əziyyət çəkirlər. Son statistikaya görə rayonda öd daşlarının yaranması nəticəsində insan orqanizmində əmələ gəlmiş problemlərin aradan qaldırılması üçün yeganə çıxış yolu öd kisəsinin cərrahi müdaxilə lə kəsilib götürülməsidir. Maliyariya və revmatizm isə daha ciddi və fəsadlı xəstəlikdir.

Ardı var.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Anons:
1. Araz çayının məcrasını kimlər dağıdır?
2. Torpaqlar işbazlara hansı adla verilir?
3. Yeraltı sular nədən quruyur?
4. Kəndlərə hücum edən sürünənlərin məskəni haradır?
5. 2015-ci ildə Azərbaycanın 8 rayonunda qanunsuz yaradılmış qum-çınqıl karxanaları bağlandı. Bəs indi?
6. Kənd təsərrüfatını iflic vəziyyətə salan kimlərdir?
7. Hüceyrələrə nüfuz edərək qaraciyəri məhv edən malyariya parazitlərinin və revmatizmin yaranma səbəbləri nələrdir?


Conflict.az