ABŞ-a sərt xəbərdarlıq: "Vyetnamdan betər edərik"

Gündəm / Siyasət

96

ABŞ-a sərt xəbərdarlıq: "Vyetnamdan betər edərik"Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ABŞ-a sərt xəbərdarlıq edib.

MHP lideri Türkiyənin Afrin əməliyyatına qarşı çıxan ABŞ-a Vyetnam müharibəsini xatırladıb.

“Amerika Vyetnamda yaşadıqlarını unutmaz. Müharibənin illərdir təsirləri davam edir. Simptomları hələ də qalıb. Oradan Amerikaya dönənlərin vəziyyətləri göz önündədir. 20 milyonluq bir ölkə 200 milyonluk ölkəni diz çökdürdü. Türkiyə Amerikanı Vyetnamdan betər edər, onların 5 qatını edər”, - deyə Baxçalı bildirib.

Conflict.az