Saakaşvili deportasiya olunursa, bu, Ukrayna üçün pisdir

Gündəm / Siyasət

36

Saakaşvili deportasiya olunursa, bu, Ukrayna üçün pisdirMixail Saakaşvilinin deportasiyasından nə Gürcüstan, nə də Ukrayna mənfəət əldə edəcək.

Bu sözləri amerikali siyasi ekspert Maykl Karpenter Saakaşvilinin deportasiyasına münasibət bildirərkən deyib.

“Əgər Saakaşvili deportasiya olunursa, bu, Ukrayna üçün pisdir. Gürcüstan üçün isə daha pisdir. Saakaşvili ziddiyətli fiqurdur, ancaq siyasi polarizasiyaya gətirib çıxaracaq oyundan nə Gürcüstan, nə də Ukrayna qalib çıxacaq”, - ekspert bildirib.

Beynəlxalq məsələlər üzrə ekspert Maykl Botsyurkiv isə bildirib ki, Saakaşvilinin deportasiyası Ukraynada prezident seçkiləri kampaniyasının başlandığına işarə edir: "Aydın görünür ki, Poroşenko meydanı xarizmatik və qıcıqlandırıcı rəqibdən təmizləyir".

Elmi mərkəzin əməkdaşı Dayan Fransis də qeyd edib ki, Ukrayna məhkəməsi beynəlxalq hüququ rədd etdi, çünki Saakaşvili "siyasi düşməndir": "Bu fakt təsdiqlədi ki. Ukraynada hüququn aliliyi hələ mövcud deyil".

Qeyd edək ki, ötən gün Ukrayna hökuməti Saakaşvilini Polşaya deportasiya edib.

Conflict.az