Cinayətkarlar Baş Prokurorluğun əməkdaşlarını oğurladılar

Gündəm / Dünya

40

Cinayətkarlar Baş Prokurorluğun əməkdaşlarını oğurladılar Meksikada "Halisko – Yeni nəsil" narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb.

Bu barədə RİA "Novosti" məlumat yayıb.

Cinayətkarlar sosial şəbəkədə diz üstə dayanmış şəxslərin üzü maskalılarla videogörüntüsünü yerləşdiriblər.

Baş Prokurorluq iki əməkdaşının yoxa çıxmasını təsdiqləyib. Rəsmi məlumatda bildirilir ki, onlar Nayarit ştatında, fevralın 5-də, qohumlarının evində dincələrkən yoxa çıxıblar.

Oğurlananlar Baş Prokurorluğun tərkibindəki Kriminal Təhqiqat Agentliyinin əməkdaşlarıdır.

Conflict.az