ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq

Gündəm / Dünya

33

ABŞ səfirliyinin yerləşdiyi küçə "Zeytun budağı" adlandırılacaq ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" antiterror əməliyyatının adı veriləcək.

Belə bir təşəbbüslə Ankara bələdiyyəsinin rəhbəri Mustafa Tuna çıxış edib.

Mustafa Tuna "Twitter" sosial şəbəkəsində yazıb ki, o, Amerikanın doplomatik missiyasının yerləşdiyi küçənin belə adlandırılması təşəbbüsünü dəstəkləyir. Bununla yanaşı, bələdiyyə sədri ABŞ səfirliyinin yerləşdiyi küçənin fotosunu da sosial şəbəkədə paylaşıb.

"Nevzət Tandoğan küçəsinin adının "Zeytun budağı"na dəyişdirilməsi haqqında təklif təsdiqlənib. Təşəbbüs bu gün bələdiyyə yığıncağının müzakirəsinə çıxarılacaq. Biz şəhidlərimizlə fəxr edirik", deyə - Tuna yazıb.

Conflict.az