Sabiq ticarət naziri azadlıqdan 21 il məhrum edildi

Gündəm / Dünya

35

Sabiq ticarət naziri azadlıqdan 21 il məhrum edildi İraq Məhkəməsi sabiq ticarət nazirini korrupsiyaya görə azadlıqdan 21 il müddətinə məhrum edib.

Bu barədə "Reuters" hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məhkəmə qərarı İnterpolun sabiq naziri ölkəyə təhvil verməsindən bir neçə həftə sonra çıxarılıb. Əbdül Falah əl-Sudani sabiq baş nazir Nuri əl-Malikinin hökumətində 2006-2009-cu illərdə ticarət naziri olub. O, səhlənkarlığa görə 14 il, qanunsuz hərəkətində görə daha 7 il müddətinə azadlıqdan məhrum olunub.

İraqla yanaşı, həmçinin Britaniya vətəndaşı olan 70 yaşlı Sudani İnterpol tərəfindən 2014-cü ilin iyununda axtarışa verilib. O, ötən ilin sentyabrında Beyrutun beynəlxalq hava limanında həbs olunub.

Yanvarın 25-də İnterpol onu İraq hökumətinə təhvil verib.

Conflict.az