Tarix : 13-09-2017, 12:59 | Bölmə: Gundem, Kriminal |
Gecə klubunda QƏTLGecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirlən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Conflict.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Vüsal İbrahimovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, hadisə Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.
Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla