Tarix : 13-09-2017, 11:02 | Bölmə: Gundem, Dunya |
TƏHDİDKoreya Xalq Demokratik Respublikası (KXDR) BMT-nin yeni sanksiyalarını pisləyib və onları qəti surətdə rədd edib.

Xarici media xəbər verir ki, bu haqda KXDR-in Cenevrədəki səfiri Xen Tey Sun bildirib.
TƏHDİD
O, BMT Təhlükəsizlik Şurasının qərarını qanunsuz adlandırıb.
”Vaşinqton rejimi Koreya Xalq Demokratik Respublikasının nüvə gücünün inkişafının dayandırılmasına yönəldilmiş vəhşi oyunla siyasi, iqtisadi və hərbi qarşıdurmanı alovlandırır. Bu oyun artıq son mərhələyə daxil olub”, - şimali koreyalı diplomat deyib.
KXDR-in nümayəndəsi ABŞ-ın ünvanına təhdidlərlə çıxış edib: “Koreya Xalq Demokratik Respublikasının qarşıdakı cavab addımları ABŞ-ı ağrıdan ən böyük əzab çəkməyə məcbur edəcək. Bu, onların tarixdə nə vaxtsa gördüyü ən böyük əzab olacaq”.

Conflict.az dle 10.1
(Reytinq:2)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla