Tarix : 13-09-2017, 00:00 | Bölmə: Gundem, Sou |
Mayamidə LÜKS VİLLALARI olan aktyor qasırğa nəticəsində ziyana düşdü - FOTOMayamidə LÜKS VİLLALARI olan aktyor qasırğa nəticəsində ziyana düşdü - FOTOTolgahan Sayışmanın bu yaxınlarda Mayamidə aldığı iki evinə irma qasırğası nəticəsində ciddi ziyan dəyib.

Türkiyə mətbuatı xəbər verir ki, Tolgahan Sayışman keçən ay Mayamidə iki iqamətgah alıb. Aktyor villanın birinə üçün 385 min, ikincisinə 210 min dollar ödəyib. O, 385 min dollara aldığı evi ayılığı 3500 dollara kirayə verib. Ancaq Amerikanın Florida ştatında başlayan irma qasırğası ona da təsirsiz ötüşməyib.
Ciddi maddi zərərə məruz qalan Tolgahan Sayışman fəaləkt haqqında bunları deyib:Mayamidə LÜKS VİLLALARI olan aktyor qasırğa nəticəsində ziyana düşdü - FOTO
"Fəlakətin baş verəcəyini bilsəydim, bu sərmayəni tələsik etməzdim, qasırğanın keçməsini gözləyərdim. Amma belə bir bəlanın baş verəcəyini əvvəlcədən təxmin etmək mümkün deyil. Yenə də hər işdə bir xeyir var. Təki heç kimə heç nə olmasın, qalanı düzələndir”.
Məlumat üçün bildirək ki, Almeda Abazi ilə evli olan kino ulduzunun Los-Ancelesdə də bir neçə evi var.

Conflict.az dle 10.1
(Reytinq:3)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla