Tarix : 13-09-2017, 10:19 | Bölmə: Gundem, Foto |
Şok etirafTürkiyəli yazar Fateh Sultan Qar 1960 və 1980-ci illərdə ölkəsində baş vermiş hərbi çevrilişlərlə bağlı kitab hazırlamağa başlayıb.

Conflict.az Axar.az-a istinadən xəbər verir ki, hələ tam hazır olmayan kitabın əsas mövzusu həmin ərəfələrdə ağır həyat tərzi sürmüş Rizə sakinləri ilə bağlıdır.

Ən maraqlı məqamlardan biri də kitabda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın futbol kariyerasına da yer verilməsidir.

“80-ci il çevrilişi Ərdoğanın futbol həyatını bitirdi” yarımbaşlığı ilə qeyd olunan hissədə İETT idarəçiliyini ələ keçirən polkovnikin Ərdoğanı saqqal saxlaması səbəbindən sıxışdırmasından danışılır.
Şok etiraf
Hətta sözügedən rütbəli şəxsin bir neçə dəfə Ərdoğana “Ya saqqalını qırxacaqsan, ya da klubdan gedəcəksən” dediyi də bildirilir.

Bunu qəbul etməyən Ərdoğan isə klubdan ayrılmağa qərar verir və istefa ərizəsində “Özəl şirkətdə iş tapdığım üçün klubdan ayrılıram” deyə vurğulayır.

Prezident Ərdoğanın o zaman “Fənərbağça” klubuna transfer olacağı ərəfədə klubdan ayrıldığı da qeyd edilir.

Conflict.az dle 10.1
(Reytinq:2)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla