Tarix : 15-09-2017, 13:08 | Bölmə: Gundem, Bolge |
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Cənab Prezidentin çıxışı zamanı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi zamanları xatırlatması yaddaşları yenidən təzələdi.

Müsahibimiz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nin Cənub Ərazi İdarəsinin direktoru, Yeni Azərbaycan partiyası, İmşli rayon təşkilatının “Standart” ilk partiya təşkilatının sədri, Cənubi Qafqazın ən uğurlu iş adamlarından olan Saleh Səmədovdur.

- Xoş gördük Saleh müəllim.

- Xoş gördük.

- Xatırladım ki, istər rəsmi görəvinizlə bağlı yenilikləri, istərsə də özəl sektordakı fəaliyyətinizi media qurluşu olaraq davamlı izləyirik və təqdir edirik.

- Təşəkkür edirəm.

- Saleh müəllim, müsahibəyə dövlət başçısının qeyri – neft sektorunun inkişafı ilə bağlı atdığı addımların mərhələlərlə dəyərləndirilməsi konteksindən başlayaq.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin post – neft dövrünün başlandığını elan etməsindən qısa müddət sonra qeyri – neft sektorunun inkişafı ilə bağlı irəli sürdüyü təkliflər, bu sahənin inkişafı üçün göstərdiyi təşəbbüslər, imzaladığı müvafiq Sərəncamlar özünü tam mənası ilə doğrultdu. Cənab Prezident hələ iki il öncə, 2015-ci ili müvafiq Sərəncamla, "Kənd təsərrüfatı ili" elan etsə də, ölkə iqtisadiyyatının inkişafına hesablanmış proses bu günə qədər də, davamlı olaraq yüksələn xəttlə hərəkətdədir. Artıq ölkə iqtisadiyyatı dayanıqlı inkişaf xəttinə keçib. Dövlət büdcəsinin neft gəlirlərindən asılılığı demək olar ki, aradan qalxıb. Özəl sektorun inkişafı ilə bağlı qəbul edilən qərarlar ölkədə fəaliyyət göstərən iş adamları üçün də əsaslı stimuldur. Cənab Prezidentin sədrliyi ilə ötən ilin sentyabrında, Sabirabad rayonunda pambıqçılığın inkişafına dair keçirilən Respublika müşavirəsində söylədiyi: “Ulu Öndər Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı olan bir insan idi. Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın inkişafında və ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasında çox mühüm yeri var. Əfsuslar olsun ki, bu gün pambıqçılıq Azərbaycanda tənəzzülə uğrayıb. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var.” – fikri tarixi həqiqətə söykənir. Məhz həmin müşavirədən sonra ölkədə bu sahədə kardinal dəyişikliklər baş verdi. Cənab Prezidentin çıxışı zamanı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi zamanları xatırlatması yaddaşları yenidən təzələdi. Pambıqçlıq ənənəsi olan bölgələrdə iş adamları, fermerlər həvəslə dövlət başçısının təşəbbüsünü fəaliyyət istiqaməti, yol xəritəsi olaraq qəbul etdilər. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq İmişli rayonunda fəaliyyət göstərən “Araz Aqro Alko Kombinat” Holdinq tərəfindən də bu il 140 hektar sahədə pambıq əkini aparılıb.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Hazırda pambıq yığımına çox az müddət qalıb. Suvarma, becərmə işləri vaxtlı - vaxtında aparıldığı üçün hər hektardan 35-40 sentner məhsulun əldə olunması nəzərdə tutulub. Ümid edirik ki, nəzərdə tutduğumuz məhsulu əldə edəcəyik.

- Ölkə başçısının təşəbbüsü ilə bir neçə il öncə başlanan ölkə ərazisində yeni iş yerlərinin açılması artıq ənənə halını alıb. Hər il davamlı olaraq əhalinin fəalyyət göstərməsi üçün istər regionlarda, Istərsə də paytaxtda yeni iş yerləri açılır.

- Cənab Prezident həmin müşavirədə ölkədə müxtəlif istiqamətlər üzrə sürətli inkişaf dövrünün başlandığı anonsunu da verdi, 2003-cü ildə ilk dəfə prezident seçilərkən fəaliyyətinin əsas istiqamətlərindən birinin də regionların inkişafı ilə bağlı olacağı vədini verən cənab Prezident, seçkilərdən bir neçə ay sonra - 2004-cü ilin əvvəlində birinci regional inkişaf proqramı ilə bağlı qərar qəbul etdi. O proqram çərçivəsində ölkəmizdə beş il ərzində 600 min iş yerinin yaradılması nəzərdə tutulurdu. Beş il ərzində - 2008-ci ilə qədər bu məqsədə uğurla çatıldı. Sonrakı illərdə bu istiqamətdə davamlı fəaliyyətin məntiqi nəticəsi olaraq 1 milyon 300 mindən çox iş yeri açıldı. Həmin dövrdə regionların inkişafı böyük investisiya qoyuluşu tələb edirdi. Çünki iqtisadi nailiyyətin əldə edilməsi üçün regionlarda müasir infrastruktur yaradılmalı idi. Bu gün həmin illərə nəzər salanda, ölkə boyu aparılan abadlıq və yenidənbərpa strategiyası nəticə etibarı ilə o dövrlə qətiyyən müqayisə edilə bilməz. “Araz Aqro Alko Kombinat” Holdinq olaraq əsas məqsəd və amalımız cənab Prezidentin yeni iş yerlərinin açılması ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməkdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığını qüsursuz icra etməyi prinsip olaraq qəbul etmişik.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Elə bu məqsədlə Holdinqdə yalnız pambıq əkini ilə bağlı suvarma işlərini aparmaq üçün 10 nəfər, aqro texniki işlərdə çalışmaq üçün 5 nəfər daimi, alaq işlərində isə 120 nəfərə yaxın işçi mövsümü işlə təmin edilib. Həmin işçilər kifayət qədər normal əmək haqları ilə də təmin olunurlar. Nəzərinizə çatdırım ki, İmişli rayonunda yeni iş yerlərinin açılması üçün bütün imkanlarımızı səfərbər etmişik. Hədəfimiz yaxın gələcəkdə cənab Prezidentin bizə göstərdiy etimadı doğruldaraq rayonda daha çox iş yerləri açmaqdır. Qeyd edim ki, sentyabrın 30-da kütləvi nar qəbulu prosesinə də start verəcəyik. Əslində başlayacağımız bu iş də ölkə əhalisi üçün bir zamanlar ənənəvi fəaliyyətlərdəndir. Bu iş region əhalisinin ailə büdcəsinə müsbət təsir göstərməklə yanaşı, həm də yeni iş yeri, fəaliyyət istiqamətidir.

- Saleh müəllim qeyd etdiniz ki, ölkə iqtisadiyyatı artıq dayanıqlı inkişaf xəttinə keçib. Sizcə iqtisadi dayanıqlılıq digər bölgələrində öz tarixi ənənələrinə dönüşünə səbəb olacaqmı?

2004-cü ildən başlayaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olundu. Bu gün Azərbaycanın bütün bölgələri elektrik, qaz, içməli su ilə təmin edilib. Ölkədəki iqtisadi inkişaf idxaldan daha çox ixraca keçirilməsini şərtləndirir. Artıq əminliklə deyə bilərik ki, ölkədə ixrac potensialı yaranıb. Bir zamanlar işsizliyin aradan qaldırılması kəskin problem kimi mövcud idi. Bu məsələ də öz həllini tapdı. Bu gün Azərbaycanda işsizliyin səviyyəsi digər ölkələrlə müqayisədə olduqca aşağıdır. İşləmək istəyənin özünə iş tapması artıq problem deyil. Bütün bunlar sehrili çubuğun vasitəsilə həll edilmədi. Sözsüz ki, bu qədər nailiyyətin arxasında fasiləsiz, gərgin əmək var. Əslində ötən ilin sentyabrında Sabirabadda keçirilən müşavirənin də alt yapısı cənab Prezident tərəfindən 11 may 2010-cu ildə imzaladığı “Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” ilə yaradılmışdı. Göründüyü kimi cənab Prezident tərəfindən bu istiqamətdə irəli sürülmüş təşəbbüs, dəqiqliklə və məharətlə, müsbət nəticəsi öncədən hesablanmış strateji düşüncənin məhsuludur. Təsadüfi deyil ki, cənab Prezident həmin müşavirədə qeyd etdi ki: “Hesab edirəm ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə, bu belə də olmalıdır, biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik”. “Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nda məqsəd ölkədə pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaqdır. Göründüyü kimi bir istiqamətin uğurlu inkişaf tempinə keçməsi digər sahələrin də inkişafına səbəb olur. Bundan əlavə cənab Prezidentin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 aprel 2017-ci ldə imzaladığı Sərəncamda bölgələrin öz tarixi ənənələrinə dönüşünü təmin edəcək imkanlar və prespektivlər qeyd olunub.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Nəzərinizə çatdırım ki, həmin Sərəncamda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetləri kimi qeyd olunur. Bu Sərəncamdan irəli gələn vəzifələr və ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artıb. Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya formalaşıb. Bu gün cənab Prezidentin istər aidiyyatı dövlət strukturları, istərsə də özəl sektor təmsilçiləri üçün müəyyən etdiyi əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Əminəm ki, ölkə başçısının uğurlu siyasəti nəticəsində növbəti 2-3 ildə bu vəzifənin də öhdəsindən gələcəyik. Qeyd edim ki, ölkənin ərzaq təhlükəsizliyi məsələlərinin həlli istiqamətində də böyük nailiyyətlər var. Bazar iqtisadiyyatı şəraitində yaşadığımız üçün tələb və təklifi də bazar tənzimləyir. İqtisadiyyatın 80 faizdən çoxu özəl sektorda formalaşıb. Sahibkarlığın inkişafına dövlət səviyyəsində ciddi dəstək verilir. Son illər ərzində sahibkarlara müxtəlif layihələrin icrası məqsədilə 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilb. İxrac qabiliyyətli məhsulların istehsalı sahəsində də artım tempi hiss olunur. İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifələrdən biri olaraq dayanır. Nəzərinizə çatdırım ki, “Araz Aqro Alko Kombinat” Holdinq 2016-cı ildə İmişli rayonu ərazisində, Araz çayının yaxınlığında yerləşən və 2 hektar ərazini əhatə edən, o cümlədən rayondakı ilk istixana kompleksində artıq ikinci dəfə pomidor əkini həyata keçirib. Ötən il əldə edilən məhsulun təxminən 40 faizi Rusiyaya ixrac edildi. 60 faizin realizəsi isə daxili bazarda həyata keçirildi. Bu il İsitxanada 45 min ədədə yaxın Hollandiyanın Buran növlü pomidor şitili əkilib.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
50-55 gündən sonra məhsul verəcək bu pomidor növü öz xüsusi dadı ilə dünyada, o cümlədən Avropada da kifayət qədər məhşurdur. Hədəfimiz MDB məkanı ilə kifayətlənmək deyil. Əlavə olaraq onu da qeyd edim ki, istixanada 50-yə yaxın işçi daimi işlə təmin olunub. İşçilərin günlük qida tələbatlarının ödənilməsi üçün yeməkxana da inşa edilib.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Cənab Prezidentin kənd təsərrüfatının inkişafında sahibkarlara yaratdığı geniş imkanlardan istifadə edən “Araz Aqro Alko Kombinat” Holdinq tərəfindən həmin istixanaya bitişik 2.5 ha ərazidə yeni istixana kompleksinin tikintisinə başlanılıb.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Yeni istixana kompleksində 30 nəfərə yaxın işçinin daimi işlə təmin olunması nəzərdə tutulub. Hazırda tikinti işlərində 25 nəfər çalışr. 2017-ci ilin sonuna qədər istixana kompleksinin istifadəyə verilməsi nəzərdə tutulub. Yeni İstixana kompleksində də pomidor və digər tərəvəz məhsullarının əkilməsi planlaşdırılır.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
- Saleh müəllim digər sahələrdə olduğu kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də struktur dəyişikliyi oldu. Komitənin nəzdində fəaliyyət göstərən üç ərazi idarəsi birləşdirildi və onların bazasında Cənub Ərazi İdarəsi yaradıldı. Siz yeni yaranan quruma direktor təyin olundunuz.

- Düzgün struktur islahatları aparmadan iqtisadiyyatda uğur qazanmaq mümkün deyil. İslahatların əsas fəlsəfəsi idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdir. Bu gün dövlətdə idarəetmə aparatının işi elə təşkil olunub ki, hər bir struktur özünə aid məsələləri az vaxt ərzində, yüksək keyfiyyətlə həll edə bilir. İstənilən məsələnin həllində tələb olunan başlıca şərt ona sərf edilən zaman və keyfiyyətdir. Dövlət strukturlarında bu iki göstəriciyə maksimum əməl olunduğu üçün idarəçilik də optimal səviyyədə təşkil edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də struktur dəyişikliyinə gəldikdə isə Komitə cənab Ramiz Həsənovun rəhbərliyi ilə son illər beynəlxalq tələblərə və normalara cavab verən dövlət əhəmiyyətli bir çox yeniliklərə imza atıb. Komitə sədri ölkədə keyfiyyət infrastrukturunun formalaşması və inkişafı istiqamətində ardıcıl islahatların müəllifi kimi də tanınır. Son islahatların da müəllifi bilavasitə cənab Sədrdir. Çalışıram ki, cənab Sədrin mənə göstərdiyi etimadı doğruldum.
SALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİBSALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİBSALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİBSALEH SƏMƏDOV: ÖLKƏ İQTİSADİYYATI DAYANIQLI İNKİŞAF XƏTTİNƏ KEÇİB
Conflict.az dle 10.1
(Reytinq:4)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla