Tarix : 12-09-2017, 11:54 | Bölmə: Gundem, Hadise |
Ağdaşda İNANILMAZ OLAY: çaqqal toy axşamından çıxan kəndliləri PARÇALADI - YENİLƏNDİAğdaş rayon Bulaqotu kəndində çaqqal kənd sakinlərinə hücum edib. İlkin məlumata görə, 5 nəfərə xəsarət yetirib. Xəsarət alanlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstələrə ilkin yardım göstərən həkim Cəbi Cəbiyev Publika.az-a açıqlamasında bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib: “Kənd sakinləri toydan əvvəl ciyəraxşamı məclisindən qayıdanda müxtəlif yerlərdə onlara heyvan hücum edib. Sakinlərin sözlərinə görə, çaqqal əvvəl iki uşağa hücum edib. Onlar heyvanı ərazidən qovmağa çalışıblar. Bu zaman həmin çaqqal ciyəraxşamından gedənlərə müxtəlif yerlərdə hücum edib. Sakinlərdən ikisinə yolda, digərlərinə evlərinin həyətində hücuma məruz qalıb. Müxtəlif nayihələrdən xəsarət yetirib. Hətta heyvan kənddə iki iti də parçalayıb”.
C.Cəbiyev bildirib ki, dünən axşam hadisə baş verəndən sonra 5 nəfər xəstəxanaya müraciət edib: “Onlara quduzluq əleyhinə vaksin vurulub. Bu gün təkrar müayinəyə çağrılıblar. Onlardan əlavə, yaralananların qanına toxunanlar da profilaktika məqsədilə müraciət edir. Onlara vaksin vurulmasına ehtiyac yoxdur. Ümumilikdə, ötən gecədən çaqqal dişləməsindən sonra 10-12 nəfər xəstəxanaya müraciət edib”.
***
Ağdaş rayonunda çaqqallar toy mərasiminnin keçirldiyi mağara hücum edib.
Hadisə gecə saatlarında rayonun Bulaqotu kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.
Yaralılar:
1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva,
2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev,
2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov,
1976-cı il təvəllüdlü Rəşad Nizami oğlu Məmmədov,
1987-ciil təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub. (report)

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla