Tarix : 12-09-2017, 11:21 | Bölmə: Gundem, Kriminal |
56 yaşlı kişi evinin yaxınlığında bıçaqlandıHacıqabul şəhərində bıçaqlanma hadisəsi baş verib.

Conflict.az Teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Nəsimi Allahverdiyev küçəsində 56 yaşlı Mail Həsənzadə naməlum şəraitdə bıçaqlanıb.

Evinin yanında bıçaqlanan Mail Həsənzadə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Naməlum şəxs ona 2 bıçaq xəsarəti yetirib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda polis cinayəti törədinin tutulması üçün tədbirlər görür.

Faktla bağlı cinayət işi başlanıb.

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla