Tarix : 12-09-2017, 10:37 | Bölmə: Gundem, Iqtisadiyyat |
Mərkəzi Bank sədrinin müavini işdən çıxarıldı09:32

Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Xəqani Abdullayev vəzifəsindən azad edilib.

Conflict.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, bir müddət əvvəl X.Abdullayev vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazmışdır.

Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprel ayında sədr müavini təyin edilib, 2015-ci ilin aprelində isə İdarə Heyətinin üzvü seçilib.

***

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

X. Abdullayev APA-ya açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla