Tarix : 10-09-2017, 10:01 | Bölmə: Gundem, Hadise |
Bakı-Quba yolunda qəzaSəhər saatlarında Bakı-Quba yolunun İqriq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Conflict.az Publika.az-a istinadən xəbər verir ki, "VAZ-21099" markalı avtomobili idarə edən Ağcabədi rayon sakini, 1952-ci il təvəllüdlü, Vəliyev Məcid Yaqub oğlu idarəetməni itirərək qəzaya uğrayıb.
Avtomobildə tək olan sürücü Quba Təcili Tibbi Yardım briqadası tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilərək Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralıya alt dodağının didilmiş-cırılmış yarası, sağ baldırın orta 1/3-nin açıq sınığı, sağ topuq oynağının açıq sınığı diaqnozu qoyulub.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla