Tarix : 9-09-2017, 10:08 | Bölmə: Gundem, Hadise |
Odlar Yurdu Universitetində fəhlə öldüOdlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı fəhlə ölüb.

Conflict.az Report-a istinadən xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.

Nəsrəddin Tusi küçəsində Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı 1981-ci il təvəllüdlü Mustafayev Tahir Şəmsəddin oğlu inşası başa çatmamış hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T. Mustafayev dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla