Tarix : 7-09-2017, 14:05 | Bölmə: Gundem, Bolge |
“PULUNUZU SOCAR-DAN İSTƏYİN” Şamaxı rayon icra hakimiyyətindən aylardır pulunu ala bilməyən fəhlələrə əsl səbəbi ARDNŞ-də axtarmağı məsləhət görürlər.

Ölkədə neft bumunun sona çatması yeni, qeyri – neft sektorunun inkişafına təkan verdi. Azərbaycan hökumətinin bu istiqamətdə müəyyən etdiyi sahələrdən biri də turzm sektorudur. Qonşu Türkiyənin, o cümlədən bu sahədən büdcəsinə hər il ciddi gəlirlər transfer edən digər ölkələrin təcrübəsindən yararlanan Azərbaycan hökuməti ölkə ərazisində türizmə yararlı bölgələri müəyyən edərək, abadlaşdırama mərhələsinə start verib. Paytaxtdan bir o qədər də uzaq məsafədə olmayan Şamaxı rayonu da turizm imkanları baxımından əlverişli bölgələrdəndir. Şamaxının ən qədim yaşayış məskənlərindən olan Dəmirçi kəndi ərazisində bir müddət öncə arxioloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi abidələr bu bölgəni xarici turistlər üçün daha əlverişli məkana çevirmək imkanı yaradıb. Rayon mərkəzindən 35 kilometr məsafədə yerləşən, dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan Gəgəli yaylağında antik, o cümlədən orta əsrlər dövrünə aid tarixi abidəlrin arxieloqlar tərəfindən aşkarlanmasından sonra ərazidə hal-hazırda da bu istiqamətdə araşdırmalar davam edir. Dəmirçi kəndi ilə artıq xarici turstlər üçün tanış olan bölgə - İsmayıllı rayonunun Lahıc kəndini birləşdirəcək 15 km yolun da çəkilişi hökumət planında yer alıb. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında kəndin bərpası ilə əlaqədar layihənin reallaşdırılması planı üzərində iş davam edir. Plana əsasən kəndin infrastrukturu yenilənməli, yeni iaşə obyektləri inşa edilməlidir. Bir müddət əvvəl başlanan yenidənqurma və bərpa işləri ilə əlaqədar rayonun Dəmirçi və ətraf kəndlərindən yerli sakinlər işə cəlb ediliblər. İlk aylar ərazidə çalışan fəhlələrin əmək haqları gecikdirlmədən verilsə də, son üç aydır ki, bu istiqamətdə ciddi problemlər yaranıb. Bir müddət əvvəl Conflict.az bu məsələ lə bağlı məlumat da dərc etmişdi. Rayondakı mənbədən daxil olan məlumata əsasən məsələnin mətbuat müstəvisinə çıxmasından narahat olan rayon rəhbərliyi fəhlələrə gecikdirilmiş əmək haqlarının yaxın günlərdə veriləcəyi ilə bağlı ilk günlər vədlər versə də, problem bu günə qədər həllini tapmayıb. Ötən gün redaksiya ilə əlaqə saxlayan, adının çəkilməsini istəməyən ərazidə çalışan fəhlələrin nümayəndəsi redaksiyaya kifayət qədər ciddi hesab ediləcək məlumatlar da verdi. Belə ki, mənbənin verdiyi məlumata görə fəhlələrin əmək haqlarının ödənilməsində yaranan problem Şamaxı rayon İcra Hakimiyytəi başçısının müavini Qasım Qasımovun bərpa və yenidənqurma işlərinə kimsənin gözləmdiyi halda müdaxiləsindən sonra olub.
“PULUNUZU SOCAR-DAN İSTƏYİN”
Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, öncə aylardır gecikdirilən əmək haqlarının qısa müddətdə veriləcəyi vədini verən Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi son günlər fəhlələrə “pulunuzu SOCAR-dan istəyin. Sizə veriləcək vəsaiti SOCAR hesaba köçürtmədiyi üçün bizdə sizin əmək haqlarınızı verə bilmirik” – deyə çarəsiz insanlara naməlum istiqamət müəyyən edir. Əvvəla nədən SOCAR? Ölkənin əsasən neft strategiyasını müəyyən edən bu qurumun ayrı – ayrı layihələrə donorluq etməsi sirr deyl. Və bu normaldır. Hətta Şamaxı rayonunun Dəmirçilər kəndində aparılan yenidənqurma və bərpa işlərinə ARDNŞ-nin donorluq etməsi də başa düşüləndir.
“PULUNUZU SOCAR-DAN İSTƏYİN”
İllərdir ölkə neftin satışından əldə edilən vəsaitin daha səmərəli və gəlir gətirəcək sahələrə yatırım edilməsi alqışlanmalıdır. Lakin bu o demək deyil ki, donor təşkilat süni yaradılan problemin həllinə də cavabdehdir. Əslində yaranmış problemlə bağlı Şamaxı rayon İcra Hakimiyyəti və ya yenidənqurma – bərpa işlərini aparan aidiyyatı qurum orada çalışanlara, eyni zamanda mətbuata məsələ ilə bağlı məlumat verməyə borcludur. İkincsi isə nədən problem rayon İH-nin işə müdaxiləsindən sonra baş verdi? Və ya nədən problemi yaradan qurumun SOCAR olduğu söylənilir?

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq və dərc etməyə hazırıq.


Conflict.az dle 10.1
(Reytinq:2)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla