Tarix : 30-08-2017, 11:22 | Bölmə: Gundem, Bolge |
İrandan heroin gətirmə cəhdiİrandan Azərbaycana piyada keçən şəxs özü ilə gizli yolla heroin keçirmək istəyərkən saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayağındakı corabların içəri alt hissəsində 2 ədəd bağlamada ümumi çəkisi 137,471 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Conflict.az dle 10.1
(Reytinq:1)

"Conflict.Az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla